Keçmiş polis tərəfindən dələduzluğa məruz qalan şəxsin 15 min manatı geri qaytarılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yardımlı rayon sakini Azad Hüseynov dələduzluq yolu ilə ona məxsus pul vəsaitinin ələ keçirilməsi ilə bağlı Masallı rayon prokurorluğuna müraciət edib.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, A. Hüseynov Masallı sakini olan keçmiş polis əməkdaşı Cəmaləddin Əhədov tərəfindən 15 min manatının dələduzluq yolu ilə ələ keçirildiyini bildirib. Masallı rayon prokurorluğunda bununla bağlı cinayət işi açılıb. Bunda sonra C.Əhədov həmin pulu geri qaytarıb. A.Hüseynov buna görə Masallı rayon Prokurorluğu və Baş prokurorluğa təşəkkür edib. A.Hüseynov Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib. Qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...