Keçmiş məhkumdan "Kalaşnikov" avtomatı aşkarlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Füzulidə keçmiş məhkumdan "Kalaşnikov" avtomatı aşkar olunaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov Horadiz şəhəri ərazisində saxlanılıb.
Onun əlindəki çantaya keçirilən baxış zamanı 1 ədəd "AK-74" markalı avtomat, 30 ədəd patron və 2 ədəd silindr formalı partlayıcı fişəng aşkar edilərək götürülüb.
Həmin şəxs dindirilmə zamanı silah-sursatı bir müddət əvvəl tapdığını və rayon ərazisində basdıraraq gizlətdiyini bildirib. O, daha sonra silah-sursatı gizlətdiyi yerdən götürərək yaşadığı Salyan rayonuna aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Abşeronda “Kalaşnikov” avtomatı ilə sərbəst gəzənləri polis saxladı - VİDEO
Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri avqustun 4-də hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiri...