Karantin qaydalarını pozub yeyib-içmək istəyənlər saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalı polisi karantin qaydalarını pozan şəxsləri saxlayıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Buzluq kəndində istirahət üçün gələn Goranboy rayon Qızılhacılı kənd sakinləri Səlimli Səlim Daşqın oğlu, Paşayev Arzu İlqar oğlu, Verdiyev Əfqan Mübariz oğlu və Cəfərov Fərid İlqar oğlunun xüsusi karantin rejimini kobud şəkildə pozub və yaşayış yerlərini tərk etmələri ilə yanaşı yeyib-içmək məclisi təşkil ediblər.
Həmin şəxslər saxlanılaraq Xocalı rayon Polis Şöbəsinə aparılıb. Reyd zamanı məlum olub ki, hələ də aparılan maarifləndirici tədbirlərə baxmayaraq karantin qaydalarını pozan, dövlətin qanunlarına əməl etməyən koronavirus xəstəliyinin yayılmasına şərait yarada biləcək hallar qeydə alınır.
Virusla mübarizə istiqamətində hüquq-mühafizə orqanı əməkdaşları isə bir daha xəbərdarlıq edir.
Nazirlər Kabineti Yanında Operativ Qərargahın tətbiq etdiyi sərt karantin rejiminə əməl etməyən şəxslər məsuliyyətə cəlb olunacaq.
Qalereya
Oxşar xəbərlər
Goranboyda sakinlərin torpaqlarını zəbt edən şəxslərlə bağlı araşdırma aparılır - VİDEO
Sosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə b...