"KamAZ" minik avtomobili ilə toqquşub: Yaralılar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə rayonun Təngivan kəndində qeydə alınıb.
Belə ki, Lənkəranın Şovu kənd sakini, 1975-ci il təvəllüdlü Cəfərov Ədalət Baba oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili, Lerik rayonunun Ambu kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Vaqif Mirzahid oğlunun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişin - Əlixan Məmiş oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ata Abdullayev bu kriminal dəstənin üzvü olub – 100 min manatlıq qarət...
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri s...