“KamAZ” evə çırpıldı, sürücü xəsarət alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvanda yük avtomobili yaşayış evinə çırpılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan-Salyan magistralının Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“KamAZ” markalı avtomobili idarə edən Ağcabədi rayonunun Hüsülü kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Ravil Pərviz oğlu idarəetməni itirdiyindən maşın yoldan çıxıb. Nəticədə yük avtomobili fərdi yaşayış evinə çırpılıb, yaşayış evinin qarşısında dayanan "QAZel" markalı avtomobili aşırıb.
Ev təsərrüfatına ciddi ziyan dəyib.
Xəsarət alan sürücü Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda oğlan sevdiyi qızı küçədə qətlə yetirib - Dəhşətli qətlin TƏFƏRRÜATI
Bakıda sevdiyi qızı bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Pərviz Paşapurun cinayət işinə baxılıb. BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Y...
