İkimərtəbəli ev tamamilə yanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda ikimərtəbəli ev tamamilə yanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonunun Boladi kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Vasif İsa oğlu Məlikova məxsus ikimərtəbəli evdə yanğın baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvələri cəlb olunub.
Alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Oxşar xəbərlər
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
Bərdədə dəm qazından öldüyü deyilən cütlükdən birinin - Pərvanə Hüseynovanın yaxınları hadisədə şübhəli məqamlar aşkar ediblər. BAKU.WS "Teleqraf"a istinadən xə...