Hüseyn Həsənov adından Şəhid Səbuhinin qardaşına qarşı dələduzluq - DİN-dən AÇIQLAMA - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun adından Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edildiyi iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
İddialara görə, zəngi edən şəxs bloger Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini verdikdən sonra, ondan telefonuna gələn kodu da tələb edib. Ardınca isə kartdan pullar çəkilib.
Məlumata görə, zəngi edən şəxs Azərbaycan dilində danışırmış.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, məsələdən xəbərdardılar və bununla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏ
Bakıda kişinin qardaşı arvadını öldürməsi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub. BAKU.WS xəbər verir ki, lent.az sözügedən dəhşətli qətlin istintaq...