Hirkan Milli Parkının direktoru saxlanılıb? - AÇIQLAMA

Hirkan milli Parkının direktorunun saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O bildirib ki, yayılan məlumatlar yalandır.
"Ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən Hirkan Milli parkında araşdırma başlanıb. Hadisədə şübhəli şəxslər dindirilir. Hirkan Milli parkının direktorunun saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir",- İ. İbrahimova deyib.
Xatırladaq ki, sosial şəbəkələrdə Hirkan Milli Parkının direktorunun saxlanılması və həbsi barədə məlumatlar yayılıb.
Oxşar xəbərlər
Şahdağ Milli Parkında yanğın nəzarətə götürülüb - YENİLƏNİB
Şahdağ Milli Parkında, Qəbələ rayonunda meşə sahəsində yanğın nəzarətə götürülüb, əraziyə helikopter cəlb olunub. BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazir...
