Heydər Əliyev Mərkəzinin üzərinə Türkiyənin bayrağı videoproyeksiya olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə bu gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub.
Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk Qeyri Hökümət Təşkilatı da iştirak edib.
Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvlərilə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.
Xatırladaq ki, iyulun 28-dən Türkiyədə başlayan meşə yanğınları 46 vilayətə ziyan vurub. Bu faciəvi hadisə nəticəsində səkkiz nəfər vəfat edib, çoxlu sayda heyvan ölüb, minlərlə insan evindən didərgin düşüb, minlərlə ağac, çiçək, kol və başqa bitki örtüyü məhv olub. Türkiyəni bürüyən yanğınların söndürülməsi üçün Azərbaycan, Ukrayna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı və başqa dövlətlər yardım ediblər.
Qalereya
Oxşar xəbərlər
Məmurun rəhbərlik etdiyi cinayətkar dəstənin tutulması ilə bağlı AÇIQLAMA - ƏMƏLİYYAT VİDEOsu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələdə meşə gözətçilərinin həbsi ilə bağlı məsələyə münasibət bildirib....