Hərbi hissədəki partlayışla bağlı RƏSMİ AÇIQLAMA
06
iyl
2019
14:41
Hərbi hissədə bədbəxt hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb.Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, bu gün baş vermiş məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə gediblər.Fakt üzrə Hərbi Prokurorluqda cinayət işi başlanılaraq, hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.Hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək, onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə,qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər
SON DƏQİQƏ! Azərbaycanda hərbi hissədə partlayış - Ölənlər və yaralı var
İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlu...