Həbsdəki qardaşına narkotik ötürmək istədi

Həbsdəki qardaşına narkotik ötürmək istədi
Hadisə 87

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən BAKU.WS-ə verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nicat Sultan oğlu Əkbərovla qısamüddətli görüşə gələn qardaşı, Lənkəran rayon sakini Qüdrət Sultan oğlu Əkbərov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı cins şalvarın cibində gizlətdilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,091 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DSX-dan əməliyyat - Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

DSX-dan əməliyyat - Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 87 kiloqra...

51 Hadisə 12:06 01 may 2023

Son xəbərlər