Həbsdəki oğluna narkotik gətirən qadın saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır.
BAKU.WS xəbər verir ki, bu haqda Xidmətdən bidlirilib.
Cinayət Məcəlləsinin 234.1; 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ramil Nazim oğlu Bayramovla qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Cəmilə Məlik qızı Bayramovanın gətirdiyi sovqata baxış keçirilən zaman orada olan cins şalvarın tikiş hissəsinin arasında xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,692 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,195 qram olan psixotrop maddə - metamfetamin aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan polisindən böyük əməliyyat - 20 nəfər saxlanılıb - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...