Həbs edilən gömrük generalının şikayəti rədd edildi

Həbs edilən gömrük generalının şikayəti rədd edildi
Hadisə 221

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbs edilən, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun Səbail rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarı ilə E. Xəlilovun şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Qadın məktəb direktoru jurnalisti yıxıb, üstündə oturdu...

Qadın məktəb direktoru jurnalisti yıxıb, üstündə oturdu...

Rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini, hüquq müdafiəçisi Rauf Sultanovun cina...

7225 Hadisə 14:22 24 may 2018

Son xəbərlər