Hamiləliyini bitirmək istəyərkən öldü – AZƏRBAYCANDA DƏHŞƏTLİ ƏMƏL
23
iyl
2018
11:14
Lənkəranda hamilə qadın ölüb.BAKU.WS "report"a istinadən xəbər verir ki, Lənkəran şəhəri, Sahil 32 ünvanında yaşayan 1998-ci il təvəllüdlü İbrahimova Günay Ümid qızı hamiləliyini sonlandırmaq məqsədilə güclü dozada dərman qəbul edib. Vəziyyəti ağırlaşan G.İbrahimova Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ginekoloji şöbəsinə yerləşdirilib. Xəstəxanada ona 16 həftəlik hamiləlik diaqnozu qoyulub. Həkimlərin müayinəsi zamanı məlum olub ki, dərmanın təsirindən ana bətnində fəsadlaşma yaranıb, kəskin qanaxma olub. Nəticədə G.İbrahimova dünyasını dəyişib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Lənkəranda kişi üstündə qətl: Qadın sevgilisinin arvadını öldürdü
Lənkəran sakini qətlə yetirilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb. Həmin ünvan...