Hakimin lift düyməsini qırmasının səbəbi məlum oldu - FOTO/VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun “Yeni Həyat” yaşayış kompleksində liftin idarəetmə lövhəsindəki hissəni qırmasının təfərrüatı üzə çıxıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Z.Bağırovun yaxınları, onun 15 günə yaxındır səhhəti ilə əlaqədar bülletendə olduğunu və hadisənin onun işdə olmadığı vaxtda baş verdiyini deyib.
Bildirilib ki, Z.Bağırovun yaşadığı yaşayış kompleksinin liftinin fəaliyyəti komendantlığın qərarı ilə bir müddət əvvəl dayandırılıb. Bir qrup sakinin təyin olunmuş kommunal ödənişləri etməməsi səbəbindən bina rəhbərliyi təzyiq vasitəsi kimi lifti söndürüb.
Buna etiraz olaraq kommunal ödənişi edən sakinlər Xətai Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə liftin fəaliyyətinin kommunal borca görə dayandırılmaması ilə bağlı qətnamə çıxarıb. Bundan sonra Z.Bağırov, eləcə də digər sakinlər məhkəmə sənədini komendantlığa təqdim etsələr də, liftin fəaliyyəti bərpa edilməyib.
Nəhayət, Z.Bağırov əsəbi şəkildə liftə daxil olaraq idarəetmə panelinə ziyan vurub.
Vəkil Hikmət Əliyev bildirib ki, ümumiyyətlə, həmin binaya girişlə bağlı qanunsuz müdaxilələrə görə, başqa şikayətlər də var. Hazırda həmin şikayətlər üzrə də məhkəmə çəkişmələri davam edir.
*** 13:22
Bakıda yaşayış komplekslərindən birində binanın liftinin düymələri qoparılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkələrdə Haqqın.az xəbər portalının baş redaktoru Eynulla Fətullayev paylaşıb.
O, qeyd edib ki, hadisə şəhərin mərkəzində, “Yeni Həyat” yaşayış kompleksində qeydə alınıb.
“Rüsvayçı hadisəni Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Rəşid oğlu Bağırov törədib. O, sakinlərin liftini qırıb. Buna nə ad verəsən? Bu nə vəhşilikdir? Dövlət, Milli Məclis, Məhkəmə-Hüquq Şurası dərhal bu hadisəyə reaksiya verməlidir. Bu psixi xəstəyə insan talelərini necə etibar etmək olar?”, - deyə jurnalist paylaşımında qeyd edib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...