Hacıqabulda xaşxaş yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həyətində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Əlihüseynov saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 7 kiloqram olan 22 ədəd xaşxaş bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
DSX-dan əməliyyat - Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 87 kiloqra...