Hacıqabulda avtomobil yük maşınına çırpılıb, ölən və yaralanan var
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Qəza sonucunda bir nəfər hadisə yerində ölub. Bir nəfər isə Hacıqabul rayon sakini, 1961-ci il təvəllüdlü Əsgərov Bəxtiyar Əsgər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda ölənin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biləsuvardakı ağır yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB
Biləsuvarda baş verən ağır yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub. BAKU.WS "report"a istinadən xəbər verir ki, yaralılar bunlardır: 1.Qədirov Elşə...