Hacıqabulda ağır yol qəzası: Xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulda ağır yol qəzası baş verib. Xəsarət alanlar var.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padarçöl kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iritutumlu yük maşını həmin istiqamətdə hərəkətdə olarkən arxadan gələn Tərtər rayon sakini, 48 yaşlı Bağırov Ziya Qəzənfər oğlunun idarə etdiyi “Nissan” markalı avtomobil ona çırpılıb.
Nəticədə “Nissan”ın sürücüsü və Tərtər rayon sakinləri 32 yaşlı Təhməzov Əmir Namiq oğlu, 24 yaşlı Hümmətzadə Ləman Qürbət qızı, 15 yaşlı Bağırlı Bəhmən Ziya oğlu müxtəlif xəsarətlər alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Kürdəmirdə dəhşətli qəza - 4 ölü, 6 yaralı - FOTO
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir...