Gürcüstandan Azərbaycanın Müstəqilliyinin Bərpası gününə TƏBRİK - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mtatsminda dağında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, şəhərin əsas simvollarından biri olan teleqüllə 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpasının 30-cu ildönümü ilə əlaqədar göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.
İşıqlandırma Tbilisi meriyası tərəfindən həyata keçirilib.
Qeyd edək ki, Tbilisi teleqülləsi bu il artıq ikinci dəfədir Azərbaycan bayrağının rənglərinə boyanıb. Teleqüllə ilk dəfə 28 May – Respublika Günündə üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.
Qalereya
Oxşar xəbərlər
Pakistan Abidəsi Azərbaycan bayrağının rənglərinə büründü - FOTO
Pakistanın paytaxtı İslamabadda yerləşən Pakistan Abidəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. BAKU.WS xəbər verir ki, bununla bağlı Pakistanın Az...