Güclü külək Yevlaxda fəsadlar törədib, binaların dam örtükləri uçub - FOTO

Güclü külək Yevlaxda fəsadlar törədib, binaların dam örtükləri uçub - FOTO
Foto
Hadisə 32

Yevlax rayonun bir neçə küçə və prospektində binaların dam örtüyü uçub, avtomobillərə ziyan dəyib, elektrik enerji verilişində fasilələr yaranıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, güclü külək səbəbindən Yevlax şəhəri Qanboy Quliyev küçəsi, 7a ünvanında və Qarxunlu Əşrəfbəy küçəsi, 9 ünvanında yerləşən 5 mərtəbəli binaların dam örtükləri sıradan çıxıb.

Həmçinin yolun kənarında yerləşən avtoservisin dam örtüyü güclü küləyə tab gətirməyərək magistral yola düşüb.

Güclü külək bir neçə sakinin avtomobilinə də ziyan vurub. Təbiət hadisəsi zamanı şəhərdə ağaclar qırılaraq elektrik xətlərinin üzərinə aşıb, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Küləyin yaratdığı fəsadın aradan qaldırılması üçün hadisə baş verən ünvanlara Yevlax Rayon İcra hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları cəlb edilib, dəymiş ziyan hesablanır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Güclü küləyin vurduğu ziyanı kim qarşılayacaq? - AÇIQLAMA

Güclü küləyin vurduğu ziyanı kim qarşılayacaq? - AÇIQLAMA

Vaxtaşırı paytaxtda və Azərbaycanın digər ərazilərində əsən güclü küləklər müxtəlif fəsadlara səbəb olur. Hər dəfə belə hadisələr baş verdikdə dəyən ziyanın kim...

148 Hadisə 20:50 04 aprel 2022

Son xəbərlər