Göygöldə yeniyetmə bıçaqlanıb, saxlanılan var
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Göygöl rayonunda 9-cu sinif şagirdinin xəsarət alması barədə məlumat yayıb.
İdarədən apa-ya bildirilib ki, Göygöl rayon Mollacəlilli kənd tam orta məktəbin 9-cu sinif şagirdi həmin məktəbin digər 9-cu sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib: "Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".
***17:21
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, rayon sakini 2009-cu il təvəllüdlü Ə.M. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Məlumata görə, Ə.M. sinif yoldaşı tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
"TikTok"da şantaj olunan qadının nişanı POZULDU, işdən çıxarıldı - İDDİA
Qadının "TikTok" sosial şəbəkəsində olan səhifəsindəki şəkillərini götürüb adına saxta səhifə açıblar. "Xəzər Xəbər"ə müraciət edən "TikTok" istifadəçisi 4 aydı...