Azərbaycanda ər-arvad qəzaya düşdü qadın öldü (YENİLƏNİB)

Azərbaycanda ər-arvad qəzaya düşdü qadın öldü (YENİLƏNİB)
Hadisə 303

Göygöl rayonunda 1 nəfərin ölümü daha bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Aşıqlı kəndində baş verib.

1991-ci il təvəllüdlü Namazov Elməddin Razim oğlunun idarə etdiyi "QAZ-24" markalı avtomobil idarə etdmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 1994-cü il təvəllüdlü Namazova Dürdanə Rəfi qızı hadisə yerində dünyasını dəyişib.

İlkin məlumata görə qəzaya səbəb avtomobilin aşması olub. Faktla bağlı araşdırma başlanılıb, qəzanın dəqiq səbəbləri araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər