Göygöldə 43 yaşlı kişi mübahisə zəminində bıçaqlanıb, saxlanılan var
15
avq
2024
22:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöl rayonunun Bəhrəmbəy kəndində bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü A.Süleymanov mübahisə zəminində bıçaqlanıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Bayramov Ramin Məhəddin oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə qətllə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB
İyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxa...