Göygöl rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöl rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi və Sarısu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayonun Pənahlılar kəndindəki vətəndaşa məxsus un dəyirmanından ümumi dəyəri 4 700 manat olan mühərrik və digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Samir Əmirov və Goranboy rayon sakini Umud Yusibov saxlanılıb.
Şübhəli şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar iyun ayının 6-da və 7-də ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 18 baş xırdabuynuzlu heyvanları da oğurlayıblar.
Faktlarla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
DİN-dən əməliyyat: Ər-arvad oğurluq edənlər saxlanıldı - FOTO
Bərdədə narkotiklərin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin...