Göyçayın 33 yaşlı bələdiyyə sədrinin İsmayıllıda meyiti tapılıb

Göyçayın 33 yaşlı bələdiyyə sədrinin İsmayıllıda meyiti tapılıb
Hadisə 575

Göyçay rayon sakini İsmayıllıda müəmmalı şəkildə ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Göyçay rayonu Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyiti bu gün İsmayıllı rayonu İvanovka kəndi ərazisindən tapılıb.

Onun dostları ilə İsmayıllıya getdiyi bildirilir. Ramil Yusifovun hansı səbəbdən öldüyü hələ ki, dəqiq məlum deyil. Gənc bələdiyyə sədrinin meyiti Göyçaya gətirilib. Ölümün dəqiq səbəbi məhkəmə tibbi ekspertizanın rəyindən sonra bilinəcək.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı şəhər prokurorluğu təkzib edir

Bakı şəhər prokurorluğu təkzib edir

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində qəsdən adam öldürmə cinayətinin iştirakçısı olmuş şəxslərin guya cinayət məsul...

185 Hadisə 17:32 24 aprel 2020

Son xəbərlər