Goranboyda yol qəzasında ata ölüb, üç övladı və həyat yoldaşı xəsarət alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunun Xan Qərvənd kəndində qeydə alınmış yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlar, hadisə yerində dünyasını dəyişən 35 yaşlı Pərvin Abbasovun həyat yoldaşı, habelə övladları - 2017-ci il təvəllüdlü Abbaslı Abbas Pərvin oğlu, 2015-ci il təvəllüdlü Kamalə Abbasova, 2013-cü il təvəllüdlü Seval Abbasovadır.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, kənddə 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Toqquşmadan sonra P.Abbasov və ailəsinin olduğu avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəzada daha 1 nəfərin də xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qalereya
Oxşar xəbərlər
28 yaşlı oğlan 78 yaşlı qadını zorlayıb öldürdü
Füzulidə zorlama və qətl cinayətləri törətməkdə təqsirli bilinən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Yaqub Abbasovun cinayət işi üzrə məhkəmə prosesi baş...