Goranboyda sel fəsadlar törədib, xırdabuynuzlu heyvanlar tələf olub - FOTO

Goranboyda sel fəsadlar törədib, xırdabuynuzlu heyvanlar tələf olub - FOTO
Foto
Hadisə 30

Ötən gecə güclü yağışın ardından yaranan sel suları Goranboyun 3 kəndində fəsadlar törədib.

BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Goranlı, Qazançı, Kürəkçay kəndlərində təbiət hadisəsi zamanı həyətlərə, evlərə və tövlələrə su dolub.

Kürəkçay kəndi ərazisindən axıb gedən sel suları dəmiryol xəttinə də zərər vurub.

Sel suları adıçəkilən kəndlərə qonşu olan Qazançıda da otlaq sahələrinə, həmçinin, sakinlərə məxsus həyətlərə, tövlələrə də dolub.

Sakinlərin verdiyi məlumata görə, xırdabuynuzlu heyvanlardan tələf olanlar var.

Güclü yağış kənd yollarını da yararsız hala salıb.

Fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Komissiyası tərəfindən monitorinq aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şamaxıda sel gölü dağıdıb, 15 ton balıq tələf olub - FOTO

Şamaxıda sel gölü dağıdıb, 15 ton balıq tələf olub - FOTO

Güclü leysan yağışlar, sel, külək və dolu Şamaxıda fəsadlar törədib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, leysan yağışlar nəticəsində rayon ərazisindən keçə...

1079 Hadisə 14:31 15 iyul 2020

Son xəbərlər