Goranboyda ata bağlanaraq döyülən qadınla bağlı YENİ XƏBƏR - Cinayət işi açıldı
15
okt
2019
09:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunun Əlirzalı kəndində qadının ən qolunu ata bağlayıb döyən şəxs barəsində cinayət işi açılıb.Bu barədə BAKU.WS-in bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupunun baş insoektoru Eşqin Qasımov məlumat verib."Hadisə zamanı döyülən Əlirzalı kənd sakini Ələkbərova Sahilə Məzahir qızı rəsmi ərizə ilə Goranboy rayon Polis Şöbəsinə müraciət edib.Qadın şikayətində 3 nəfər - Dəmirova Firuz Ədil qızı və onun övladları Dəmirova Fəridə Knyaz qızı, Dəmirova Ariz Knyaz oğlu barəsində şikayət edib.Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslərlə Ələkbərova Sahilə Məzahir qızı arasında şəxsi zəmində münaqişə baş verib. Nəticədə S.Ələkbərovanı vurublar və qadın yüngül xəsarətlər alıb. Fakt üzrə artıq Azad Dəmirov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 maddəsi ilə cinayət işi açılıb.Lakin A.Dəmirovun fiziki və psixiki səhətinin yerində olmamasına görə həbs edilməyib polis nəzarətinə verilib.Faktla bağlı araşdırmalar davam edir.Hadisədə qadının ata bağlanaraq sürüdülməsi faktı olmayıb".
Oxşar xəbərlər
Ata bağlanaraq sürüdüldüyü deyilən qadın danışdı: Anaları iplə əllərimi bağladı - VİDEO
Goranboy rayonunda qonşular arasında davanın təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupu Goranboy rayonunda b...