Gömrük ödənişlərindən yayınmanın qarşısı alındı - FOTO

Gömrük ödənişlərindən yayınmanın qarşısı alındı - FOTO
Foto
Hadisə 105

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda gömrük ödənişlərindən yayınma məqsədilə malları düzgün bəyan etməmə faktı aşkarlanıb.

Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Belə ki, ölkə ərazisinə gətirilən və Azərbaycan vətəndaşı Ağamalıyev Vahid Rəşid oğlu tərəfindən bəyan edilən mallara Bakı Baş Gömrük İdarəsində gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı malların bir qisminin sayının bəyannamədə göstəriləndən dəfələrlə çox olduğu müəyyən edilib.

Bəyan edilən mallar arasında “qəlyan üçün ağızlıqlar” 116 000 ədəd göstərilsə də, faktiki olaraq 1 160 000 ədəd, “elektron siqaretlər” 1 720 ədəd göstərilsə də, faktiki olaraq 7 884 ədəd, “ülgüclər” 1104 ədəd göstərilsə də, faktiki olaraq 5152 ədəd, həmçinin digər malların olduğu aşkar edilib.

Bundan əlavə, 5190 ədəd qəlyan tütünü, 500 qutu stomatoloji (sinir iynəsi) ləvazimatlar, 1 ədəd “Akvafor” markalı su filtri, 1 ədəd “Sintering Furnance” markalı stomatoloji selizator aparatının, ümumiyyətlə gömrük orqanına bəyan olunmadığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkar edilib - VİDEO

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkar edilib - VİDEO

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaş­la­rı Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli mi...

171 Hadisə 14:32 03 mart 2021

Son xəbərlər