Gömrük nəzarətindən gizlədilən 100 min dollara yaxın vəsait aşkarlanıb
11
avq
2025
18:54
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı alınıb.
BAKU.WS komitəyə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda yük nəqliyyat vasitəsinə baxış keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsində və sürücünün üzərində gömrük nəzarətindən gizlədilən 94 270 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu
Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial m...