Gölməçədə yaşamağa məhkum olan Maştağa sakini - FOTO/VİDEO

Gölməçədə yaşamağa məhkum olan Maştağa sakini - FOTO/VİDEO
Foto Video
Hadisə 267

Bakıda havanın yağmurlu keçməsi bir çox qəsəbələrdə problemlər yaradır. Belə problemlərdən biri də Maştağa qəsəbəsində yaşanır.

BAKU.WS-in "Qaynat xətt"inə daxil olan məlumatda Maştağa qəsəbəsi, Nəriman Nərimanov, döngə 1 sakini fəryad edib.

Belə ki, Ağseyid Mahmudov öz evinin həyətinin yağışlardan sonra hansı vəziyyətə düşməsini əks etdirən görüntülər göndərib. O bildirib ki, havanın yağmurlu keçməsindən sonra həyətyanı sahəsi gölməçəyə çevrilir.

Sakin qeyd edib ki, suyun həyətdən çəkilməsi üçün yalnız su nasoslarından istifadə edir ki, bu da bəzi hallarda heç bir işə yaramır. Adiyyəti qurumlara dəfələrlə müraciət etsə də, bu problem öz həllini tapmayıb.

Qeyd edək ki, Maştağa qəsəbəsində bəzi yollar və küçələrin vəziyyəti heç də ürəkaçan deyil. Yay aylarında kələ-kötür yollardan birtəhər keçmək mümkün olsa da, yağıntılar düşən kimi həmin yollar keçilməz vəziyyətə düşür. Buna səbəb isə qəsəbədə kanalizasiya sisteminin mövcud olmamasıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər