Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü

Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri özünü ekstrasens kimi təqdim edən Bayram Nurlunun qohumlarıdır.
Xəstəxanaya yerləşdirilən 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu Bayram Nurlunun yeznəsinin qardaşıdır. Zəhərlənmədən dünyasını dəyişən 2009-cu il təvəllüdlü Qasımlı Murad isə Mübarizin oğludur.
Xəstəxanaya yerləşdirilən 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu isə Bayram Nurlunun bacısı oğludur.
Əldə etdiyimiz məlumata görə, 9 yaşlı uşağın da həyatını xilas etmək mümkün olmayıb və o, gecə saatlarında yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Oxşar xəbərlər
Qaxda bir ailənin 2 üzvü göbələkdən zəhərləndi, ölən var
Qax rayonunda zəhərlənmə hadisəsi baç verib. BAKU.WS “Report"a istinadən xəbər verir ki, hadisə Tasmalı kəndində qeydə alınıb. Kənd sakinləri - 47 yaşlı Mübariz...