Gəncəlilərin "qorxulu yuxu"suna çevrilən şəxs ələ keçdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Anar Qurbanov cari ilin aprel və dekabr aylarında şəhər ərazisində 4 fərdi yaşayış evindən, 5 müxtəlif təyinatlı mağaza və 1 köşkdən oğurluq edib.
O, obyektlərdən ümumi dəyəri 12.469 manat olan müxtəlif növ məişət əşyaları, tütün və qida məmulatları, geyim əşyaları, xalça, mobil telefon və kompüter avadanlıqlarını oğurlayıb.
A.Qurbanov polis tərəfindən saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Hazırda saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirak edib-etməməsi və törətdiyi cinayət hadisələrində digər şəxs və şəxslərlə cinayət əlaqələrinin olub-olmaması istintaq-əməliyyat tədbirləri ilə araşdırılır. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb - FOTO
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə BAKU.W...