Gəncədə yaşayış binasında baş vermiş yanğınla bağlı FHN-dən AÇIQLAMA – YENİLƏNİB + FOTO

Gəncədə yaşayış binasında baş vermiş yanğınla bağlı FHN-dən AÇIQLAMA – YENİLƏNİB + FOTO
Foto
Hadisə 93

Gəncədə yaşayış binasında baş verən yanğın mənzillərdən birindəki mətbəxdən başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 6 m² sahədə və 1 ədəd kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub”, - deyə məlumatda qeyd olunub.

Nazirlikdən verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***22:36

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "102" adlanan ərazisindəki dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin məlumata görə, yanğın binanın 4-cü mərtəbəsində baş verib.

Binaya verilən elektrik enerjisi dayandırılıb və sakinlər təxliyə edilib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər