Gəncədə tikintidə işləyən şəxs hündürlükdən yıxılaraq ölüb

Gəncədə tikintidə işləyən şəxs hündürlükdən yıxılaraq ölüb
Hadisə 194

Gəncədə bədbəxt hadisə baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Tağı Aranı küçəsindəki tikintidə qeydə alınıb.

Şəki rayonunun Böyük Zəyzid kənd sakini, 1991-ci il təvəllüdlü Azər Yusibov işlədiyi tikintidə yıxılıb. O aldığı ağır kəllə-beyin travmasından hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər