Gəncədə taksi sürücüsünə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
05
dek
2024
09:15
Gəncə şəhərində taksi sürücüsünə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini C.Həsənova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş, 1980-ci il təvəllüdlü Azər İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sabirabadda AĞIR QƏZA: Ölən və yaralanan var
Sabirabadda yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində qeydə alınıb. Avtoqəzada bir nəfər ölüb,...