Gəncədə polisin yol qəzasında ölməsi ilə bağlı RƏSMİ MƏLUMAT - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhərində polis əməkdaşının qəzaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə daxil olan məlumatda deyilir:
"Bu gün - noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.
Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır".
*** 09:11
Gəncədə polislərin düşdüyü yol qəzasında xəsarət alanın kimliyi müəyyənləşib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, yaralanan Emin Əliyev Gəncə şəhərində özəl xəstəxanalardan birinə yerləşdirilib.

***08:50
Gəncə şəhərində polislər yol qəzasına düşüb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin M.Bağırov küçəsində baş verib.
Qəza nəticəsində polis baş serjantı Renat Əliyev vəfat edib. Bir nəfər isə yaralanıb.
Xəsarət alan polis əməkdaşı xəstəxanalardan birinə yerləşdirilib.
Qəzanın təfərrüatları dəqiqləşdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 87 yaşlı qadını qəbiristanlıqda zorladılar, xəstəxanada keçindi - Cinayət işi
Quba rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf.com...
