Gəncə sakini birlikdə gəzməyə gəldiyi şəxsin əl-qolunu bağlayaraq pulunu ələ keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöl rayon Polis Şöbəsinə (RPŞ) dekabr ayının 9-da vətəndaşa məxsus nağd pulun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - Kamran Əliyev, Elgiz Mahmudov və Hüseyn Tağızadə saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq, şəhər ərazisindəki kafelərin birində yeyib içdikdən sonra tanışları Fərhad Həsənovla (zərərçəkən) birlikdə avtomobil ilə Göygöl rayonuna gəzməyə gəlmiş, yolda zərərçəkənin içkili olmasından istifadə edərək onun əl-qolunu bağlayıb, cibindən 1900 manat nağd pulu soyğunçuluq yolu ilə ələ keçiriblər.
Saxlanılan şəxslər dindirilmə zamanı törətdikləri cinayət hadisəsini etiraf edərək əldə etdikləri pulu öz aralarında böldüklərini bildiriblər.
Faktla bağla RPŞ-nin İstintaq və Təhqiqat bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - VİDEO
Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki,...