Xətaidəki sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMA
Paytaxtın Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında sürüşmə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
BAKU.WS xəbər verir ki, qurumdan Oxu.Az-a bildirilib ki, hadisə ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azkommunalayihə" institutu və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə birgə baxış keçiriblər.
Qeyd olunub ki, təhlükəsizlik məqsədilə ərazi lentlənib.
***
Son günlər Abşeron yarımadasında müşahidə olunan intensiv atmosfer çöküntülərinin düşməsi ilə Gəncə prospekti 29/35 ünvanında sərt yamacda səthi yuyulma nəticəsində sürüşmə baş verib.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında 3-4 kub suxur kütləsinin islanaraq yamac boyunca uçması hesabına sürüşmə olub:
"Proses lokal xarakterli olub. Nisbətən yumşaq suxurların yağış suları hesabına yuyulması və islanması nəticəsində baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır".
Oxşar xəbərlər
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 15:10 radələrində Füzuli...