Mərmərə dənizində batan gəmidə görüntüləri lentə alan Hüseynin cəsədi tapıldı - FOTO/VİDEO
Mərmərə dənizindəki kargo gəmisinin batmazdan əvvəlki son görüntülərini paylaşan Hüseyn Tutukun cəsədi tapılıb.
BAKU.WS xəbər verir ki, dalğıclar aparılan axtarışlardan sonra onun meyitini dənizin dərinliklərindən tapıblar.
Bu barədə Bursa valisi Mahmut Demirtaş "AA"-ya açıqlamasında bildirib.
Hüseyn Tutukun cansız bədəni Karacabey Kurşunlu Dəniz Limanına aprılıb.
Hazırda dalğıclar dənizdə batan digər heyət üzvlərinin də axtarışlarını davam etdirirlər.
Xatırladaq ki, “Batuhan A” adlı yük gəmisindəki heyət üzvlərindən biri Hüseyn Tutuk hadisə baş verməzdən bir neçə dəqiqə əvvəl video lentə alıb. "Bu artıq mənim 5-ci ya da 6-cı geyimidir. Allah bizə kömək olsun. Gəmi batır" -deyə o qeyd edib. Hüseyn Tutukun çəkdiyi videoda gəminin anbaan batdığı kadrlar da əks olunub.
Oxşar xəbərlər
Mərmərə dənizindəki gəminin batmazdan əvvəlki son görüntüləri - FOTO/VİDEO
Türkiyədə Mərmərə dənizindəki kargo gəmisinin batmazdan əvvəlki son görüntüləri yayılıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Batuhan A” adlı yük g...