Gecə klubunda yaralananlar arasında Aysel Şükür də var: Vəziyyəti ağırdır - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gecə klubunda baş verən partlayışda yaralananlar arasında bloqer Aysel Şükür də olub.
Onun səhhəti ilə bağlı keçmiş həyat yoldaşı Oqtay Əhmədov məlumat verib.
O “Instagram” profilindən paylaşım edərək Ayselin yanında olduğunu söyləyib.
“İndi Ayselin yanındayam. Narahat olmayın, hər şey yaxşıdır”, - deyə Oqtay bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə paylaşdığı videolarla populyarlaşan Aysel Şükürün həmin gün yaxın dostu Raulun ad günü məclisində iştirak etmək üçün kluba gəldiyi bildirilib.
Raul isə “Instagram” payalaşımında bildirib ki, Ayselin vəziyyəti ağırdı.
Ayağından yaralanan gənc onun vəziyyətinin qənaətbəxş olmadığını bildirib.
***11:42
Xəbər verdiyimiz kimi, bu gün saat 03:00 radələrində “Location” klubunda yanğınla nəticələnən partlayış baş verib. Partlayışda 1 nəfər həlak olub, 37 nəfər yaralanıb.
BAKU.WS “Qafqazinfoya istinadən xəbər verir ki, yaralılardan biri də tanınmış bloqer Aysel Şükürovadır.
Onun hazırda xəstəxanada olduğu bildirilir.
Baş Prokurorluğun məlumatına görə, partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
Oxşar xəbərlər
Bakıda partlayış zamanı xəsarət alanların son durumu açıqlandı - YENİLƏNİB/VİDEO
Ötən gün Səbail rayonu ərazisində yerləşən gecə klublarından birində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb. Baku TV-nin müxbiri B...