Gecə klubunda partlayış zamanı 14 avtomobilə ziyan dəyib - RƏSMİ
03
apr
2022
10:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
Partlayış zamanı 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir.
Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəymişdir.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Gecə klubundakı partlayışda ölən şəxsin kimliyi bəlli oldu – RƏSMİ
Azərbaycan Respublikası Baş Prokurorluğu Bakıdakı gecə klublarından birində baş vermis partlaşıyla bağlı açıqlama yayıb. BAKU.WS-ə daxil olan açıqlamada deyilir...