Füzulidə sərhədçilər külli miqdarda narkotik aşkarladılar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Füzulidə sərhədçilər 8 kiloqramdan artıq narkotik aşkarlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, aprel ayının 18-də saat 12:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin rayonun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb.
Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə (6 kiloqram 500 qram marixuana, 1 kiloqram heroin) bənzər maddələrvəpsixotrop tərkibli 780 ədəd “metadon-40” dərman preparatı aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
DSX ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısını alıb
Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 3...