Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirlikləri birgə təlim keçiblər
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar yanvarın 30-da Bakı-Quba-Dağıstan yolunun 193-cü kilometrliyində 708 saylı dövlət yol polisi postunun yaxınlığında təlim təşkil olunub.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildiriblər ki, təlimə nazirliyin Şimal Regional Mərkəzinin, Qusar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 708 saylı postunun 2-ci taqımının, Quba və Qusar rayonları DYP idarələrinin, Səhiyyə Nazirliyinin Xaçmaz, Quba, Qusar Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyalarının və 113 xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib.
Nəqliyyatda baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və birgə fəaliyyətin təşkili məqsədilə keçirilən təlimdə qəza xilasetmə işlərinin aparılması, yanğın təhlükəsizliyinin təmin olunması, yaralıların təxliyəsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və qəza zamanı yol hərəkətinin idarə olunması üzrə əməliyyatlar həyata keçirilib.
Qalereya
Oxşar xəbərlər
Narkoloji Mərkəzdəki yanğınla bağlı "qaynar xətt" yaradılıb
Narkoloji Mərkəzdəki yanğınla bağlı "qaynar xətt" yaradılıb.Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisind...