FHN Xızıda qarlı yolda qalan şəxsləri xilas edib
Yeniliklərdən dərhal xəbərdar olun
Xızı rayonunda minik avtomobili qarlı yolda qalıb.
“Report”un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Xızı rayonu Qızılqazma kəndi ərazisində, vətəndaş Mehdiyev Rüfət Rafiq oğluna məxsus “Mercedes” markalı minik avtomobilində 3 nəfər vətəndaşın qarlı yolda bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Vətəndaşlar və avtomobil Xızı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən xüsusi avadanlıqlardan istifadə olunmaqla təhlükəsiz əraziyə çıxarılıb.
Oxşar xəbərlər
AQTA daha 97 obyektdə nöqsan aşkarladı - SİYAHI
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respu...