FHN: “Xətai rayonunda yanğın zamanı neftayırma zavoduna böyük təhlükə yaranıb”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakının Xətai rayonunda yanğın zamanı neft sektoruna böyük təhlükə yaranıb”.
“Report” xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.
“FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə “Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın barədə məlumat saat 21:31-də daxil olub. Saat 21:36-da ilkin yanğın bölmələri hadisə yerinə çatıb. Yanğın Neftayırma Zavodunun Yanğın hasarının yaxınlığında, təxminən 4 ədəd 5 min kubmetrlik neft çənlərinə yaxın ərazidə olub”, - R.Xudiyev qeyd edib.
“Küləyin sürəti yüksək olduğundan yanğın qısa zamanda böyük əraziyə yayılıb və neft sektoruna böyük təhlükə yaranıb. Bununla əlaqədar olaraq yanğın yerən yüksək çağırış elan olunub. Hadisə yerinə Bakı qarnizonunun qüvvə və vasitələri, 20 ədəd əsas yanğın avtomobili, 85 nəfər yanğınsöndürən cəlb olunub”, - FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini əlavə edib.
Oxşar xəbərlər
“Azərikimya”: “Zavoddakı yanğında xəsarət almış mexanik iş fəaliyyətini davam etdirir” - VİDEO - YENİLƏNİB-3
SOCAR-ın Etilen-Polietilen zavodunda yanğın zamanı xəsarət almış mexanikin səhhətində problem yoxdur, iş fəaliyyətini davam etdirir. Bu barədə “SOCAR Downstream...