FHN-dən “Grand Həyat”dakı yanğınla bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Grand Həyat” yaşayış kompleksində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan dördotaqlı mənzilin bir otağında bir ədəd televizor, bir ədəd kondisioner, bir ədəd divan və divar kağızı 6 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan otaqda olan əşyalar qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***14:12
Bakıda yanğın hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yanğın “Grand Həyat” yaşayış kompleksində baş verib və qısa zamanda söndürülüb.
BAKU.WS həmin görüntüləri təqdim edir:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...