Evində yıxılaraq xəstəxanaya yerləşdirilən Əməkdar artist danışdı - FOTO

Evində yıxılaraq xəstəxanaya yerləşdirilən Əməkdar artist danışdı - FOTO
Foto
Hadisə 282

Evində yıxılaraq huşsuz vəziyyətdə xəstəxanaya aparılan Əməkdar artist Ağalar Bayramovdan xəbər var.

BAKU.WS xəbər verir ki, aktyor artıq bir neçə gündür M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunur.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov bildirib.

Bayramov hazırda səhhətinin yaxşı olduğunu deyib:

"Fevralın 3-də ehtiyatsızlıq ucbatından yıxıldım. Başım divara dəydi, huşumu itirdim. Evdə gəlindən başqa heç kim yox idi. Tez məni divana uzandırdılar, daha sonra isə xəstəxanaya çatdırdılar. İndi sistemlər vurulur, vəziyyətim yaxşılığa doğru gedir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər