Evi təmizlədi, yemək bişirdi, sonra canına qıydı, hadisənin ŞOK TƏFƏRRÜATLARI - VİDEO
Ötən gün Cəlilabadda baş verən intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.
BAKU.WS xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Aybəniz Əbilova Bakıda övladları ilə birlikdə kirayədə yaşayıb. Oğlu əsgərlikdən yeni gəlib. Qızı isə tələbədir. Qadın paytaxtdakı gözəllik salonlarının birində çalışırmış.
A.Əbilova üç gün əvvəl Cəlilabaddakı evlərinə baş çəkmək üçün gedib. Əri telefonunda yad nömrə gördüyü üçün aralarında mübahisə düşüb. Daha sonra əri gedib. Qadın evi təmizləyib, həyəti süpürüb, ağacları suvarıb, axşam üçün yemək hazırlayıb və canına qıyıb.
Qeyd edə ki, 1986-cı il təvəllüdlü Aybəniz Əbilova hadisə zamanı evdə tək olub. Onun həyat yoldaşı uzun müddət giriş qapısının açılmamasından sonra hasarı aşaraq həyətə, ardınca evə daxil olub. Daha sonra evdə yoldaşının cansız bədəni aşkar edilib. A.Əbilova iki övlad anası idi və bir qızı bu il universitetə qəbul olub. Mərhumun doğum günü təntənəli şəkildə qeyd edilib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda oğlan tələbələri ilə intim münasibətdə olan dekan niyə qətlə yetirilib? - CİNAYƏT İŞİ
Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Əhəd Salahov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İlkin Qurbanovu qətlə yetirib. “Teleqraf”...