Ət satışı obyektində yoxlama - Dana əti adı ilə camış əti satan aşkarlandı

Bərdədə qanunsuz ət satışının qarşısı alınıb.
AQTA-dan BAKU.WS-ə bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən aparılmış reyd zamanı Bərdə rayonu, Güloğlular kəndində fiziki şəxs Quliyev İxtiyar İlham oğluna məxsus ət satışı mağazasına baxış keçirilib.
Yoxlama zamanı mağazada baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan 29 kq ət aşkarlanıb.
Həmçinin aparılan araşdırmalar zamanı sahibkarın istehlakçıları aldadaraq, camış ətinin dana əti adı altında satışa çıxardığı müəyyən edilib.
Sınaqların aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda istehlaka yararsız ət saxlanca qoyularaq dövriyyədən çıxarılıb.
Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
İstehlaka yararsız 300 kiloqram at cəmdəyi aşkarlandı - FOTO
İsmayıllıda istehlaka yararsız ət aşkarlanıb. AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, Agentlik müfəttişləri tərəfindən rayon Polis Şöbəsinin əməkdaşları ilə b...